SON DƏQİQƏ! General bu vəzifəyə təyin olundu
13 Dekabr 2025, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
307
29.07.2022, 15:31
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donetsk vilayətinin Olenivka qəsəbəsində ukraynalı əsirlərin saxlanıldığı həbsxanaya artilleriya zərbəsi endirilməsi, nəticədə xeyli sayda əsrin ölməsi ilə bağlı bəyanat yayıb.
Oxu24.com xəbər verir ki, Baş Qərargah hadisəni Rusiyanın törətdiyini bildirib:
“Rusiya Federasiyasının Silahlı Qüvvələri Donetsk vilayətinin Olenivka yaşayış məntəqəsində ukraynalı məhbusların saxlandığı islah müəssisəsini məqsədyönlü şəkildə artilleriya atəşinə tutub.
Beləliklə, Rusiya işğalçıları öz cinayətkar əməllərini - Ukraynanı “müharibə cinayətləri” törətməkdə ittiham etmək, habelə Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərdə işğalçı administrasiyanın və komandanlığının göstərişi ilə orada məhbuslara verilən işgəncələri və edamları gizlətmək məqsədi güdürdülər. Hücumların nəticələri dəqiqləşdirilir.
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Raket və Artilleriya Qoşunları komandirinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Olenivka qəsəbəsi ərazisinə raket və artilleriya zərbələri endirməyib.
Ukrayna Silahlı Qüvvələrinin raket qoşunları və artilleriyası tərəfdaş ölkələrdən alınan yüksəkdəqiqlikli silahlar sayəsində yalnız Rusiya hərbi obyektlərinə müstəsna dəqiqliklə zərbələr endirir.
Həmçinin oxuyun
Ukrayna Silahlı Qüvvələri prinsiplərə ciddi əməl edir və beynəlxalq humanitar hüquq normalarına tam şəkildə riayət edir, mülki infrastruktur obyektlərini, xüsusən də hərbi əsir yoldaşlarının saxlanıla biləcəyi yerləri heç vaxt atəşə tutmayıb və atəşə tutmur.
Düşmən Ukrayna Silahlı Qüvvələrini mülki infrastrukturu və əhalini atəşə tutmaqda ittiham etmək və bununla da öz məkrli əməllərini gizlətmək üçün informasiya müharibəsi aparmaq kimi təbliğat üsullarını davam etdirir.
Ona görə də Ukrayna Silahlı Qüvvələri tərəfindən guya mülki infrastrukturun və əhalinin atəşə tutulması ilə bağlı bu cür bəyanatlar açıq-aşkar yalan və təxribatdır ki, buna görə də təcavüzkar ölkə, işğalçı və terrorçu olan Rusiya məsuliyyət daşıyır”.
Eyni zamanda Ukraynanın “Azov” alayının eks-komandiri Andriy Biletski həmin həbsxanada əsir düşmüş azovçuların da olduğunu açıqlayıb: “Rusiya “Azov”a qalib gələ bilmədi, ona görə də inamımızı sındırmaqla məhv etmək istəyir. “Azov” alayı adından mən qırğında iştirak edən hər kəs üçün ov elan edirəm. Vəzifəsindən və yaşayış yerindən asılı olmayaraq hər bir sıravi icraçı və hər bir təşkilatçı məsuliyyət daşıyır. Harada gizlənsəniz, tapılacaq və məhv ediləcəksiniz”.
Xatırladaq ki, Olenivka qəsəbəsindəki həbsxananın bu gün atəşə tutulması nəticəsində azı 53 nəfər həlak olub, 75 nəfər yaralanıb. Rusiya tərəfi bu hadisədə Ukraynanı ittiham edir, həmçinin ölənlər arasında azovçuların da olduğunu gizlətmir.
12:58 / 13 Dekabr 2025
14
12:16 / 13 Dekabr 2025
382
12:08 / 13 Dekabr 2025
45
11:44 / 13 Dekabr 2025
42
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
690
11:07 / 13 Dekabr 2025
323
10:25 / 13 Dekabr 2025
914
09:15 / 13 Dekabr 2025
815
09:06 / 13 Dekabr 2025
365
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
145
00:28 / 13 Dekabr 2025
141
00:14 / 13 Dekabr 2025
1078
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
645
23:12 / 12 Dekabr 2025
113
22:41 / 12 Dekabr 2025
14492
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3070
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1160
19:20 / 12 Dekabr 2025
2273
19:04 / 12 Dekabr 2025
1357
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.